HomeBütün XəbərlərBiləsuvarda Təzəkənd kəndindən olan şəhid ailələrinə baş çəkildi

Biləsuvarda Təzəkənd kəndindən olan şəhid ailələrinə baş çəkildi

Biləsuvarda Təzəkənd kəndindən olan şəhid ailələrinə baş çəkildi

22 sentyabr 2020-ci il tarixdə Biləsuvar rayonunun Təzəkənd kəndindən olan şəhidlərin ailələrinə baş çəkildi, onalrın problemləri ilə maraqlanıldı.

Görüşdə Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev, Rabitə şöbəsinin nümayəndəsi Ədalət Zeynalov, kənd icra nümayəndəsi və bələdiyyəsi iştirak edirdilər.

Söhbət zamanı şəhid ailələrinin problemləri dinlənildi, onları narahat edən suallara aydınlıq gətirildi. Şəhid valideynləri olan Allahverdi Quliyev, Yusif Şirinov, Gülavaz Manafova, Adilə Bayramova diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailələrinin adından dərin minnətdarlıqlarını bildirdilər. Qeyd: Şəhid anası Bayramova Adilə Xudakərim qızına Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyətyanı torpaq sahəsində fərdi ev tikilir.