Son Xəbərlər:
Biləsuvarda şəhidin doğum günü qeyd olundu

Biləsuvarda şəhidin doğum günü qeyd olundu

15 mart 2019-cu il tarixdə şəhid Pərvin Əliyevin doğum günü ilə əlaqədar onun yaşadığı evdə ailəsinə baş çəkildi. Tədbirdə Biləsuvar rayon Icra  Hakimiyyəti başçısı Aparatının məsul işçisi Kamil Qurbanlı, Azərbaycan QMƏVŞAİB-in  Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev və filialın üzvləri iştirak etmişlər. Onun yaşadığı evdə anası Rəfiqə müəllimə və qardaşı Ramin Əliyevlə şəhidin həyat yolundan söhbət açdılar. Daha sonra şəhidin məzarı ziyarət olundu.

Şəhid Pərvin Səlahəddin oğlu Əliyev 15 mart 1980-ci ildə Bviləsuvar rayonunun Nərimankənd kəndində anadan olmuşdur. 2014-cü il 1-3 avqust tarixləri arasında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı şəhid olmuşdur. Pərvin Əliyev ölümündən sonra döyüşdə göstyərdiyi qəhrəmanlıqlara görə Müdafiə Nazirliyinin əmri ilə “Hərbi Xidmətdə Fərqlənməyə Görə” III dərəcəli medalı ilə təltif olunmuşdur. Ailəli idi, 2 övladı yadigar qalıb.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок