Son Xəbərlər:
Biləsuvarda şəhidin anım günü qeyd olundu

Biləsuvarda şəhidin anım günü qeyd olundu

2019-cu il aprelin 14-də şəhid gizir Əlıizadə Şahmurad Hilal oğlunun anım  günü qeyd olundu.

Tədbirdə Biləsuvar raton İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşsoy, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə DövləT Xidməti Biləsuvar rayon şöbəsinin zabiti Ramiq Soltanov, Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev və filialın üzvləri, təhsil aldığı məktəbin müəllim və şagird kollektivi iştirak etdilər. Şəhidin məzarı ziyarət olundu, ailəsinə baş çəkildi.

Şəhid gizir Əlıizadə Şahmurad Hilal oğlu 24 yanvar 1991-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. 2008-ci ildə Biləsuvar şəhər N.Gəncəvi adına 1 saylı orta məktəbi bitirmişdir. 2013-cü ildə Azərbaycan  Silahli Qüvvələrinin Təlim-Tədris Mərkəzini bitirmişdir.

14 aprel 2015-ci ildə Ağdam istiqamətində erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuşdur. Subay idi. Müdafiə nazirinin müvafiq əmrinə əsasən döyüşdə göstərdiyi şücaətlərə görə, “Hərbi xidmətlərə görə III dərəcəli medalı” ilə (ölümündən sonra) təltif edilmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок