Son Xəbərlər:
Biləsuvarda şəhid Zülfüqarov İlham Məmmədhüseyn oğlunun anım günü qeyd olundu

Biləsuvarda şəhid Zülfüqarov İlham Məmmədhüseyn oğlunun anım günü qeyd olundu

2019-cu il iyulun 17-si Biləsuvar rayonunun Amankənd kəndində şəhid Zülfüqarov İlham Məmmədhüseyn oğlunun anım günü ilə bağlı  onun ailəsinə baş çəkildi.

Görüşdə Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev və filialın üzvləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Biləsuvar rayon Şöbəsinin rəisi polkovnik-leytenant Rizvan Sadıqov, Biləsuvar rayon Icra Hakimiyyətinin nümayəndəsi, kənd bələdiyyəsi və şəhidin yaxınları iştirak edirdilər.

Söhbət zamanı şəhidin döyüş yolundan, uşaqlıq illərindən, vətənpərvərliyindən  danışıldı.

Şəhid Zülfüqarov İlham Məmmədhüseyn oğlu 29 yanvar 1970-ci ildə Biləsuvar rayonunun Amankənd kəndində anadan olmuşdur. 1977-1988-ci illərdə Dəvrişli kənd tam orta məktəbini bitirmiş və sovet ordu sıralarında xidmətə yollanmışdır.

Qarabağ müharibəsinin ilk illərində Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. Döyüş yolu Ağdam, Tərtər, Füzuli bölgələrindən keçmişdir. 16 iyul 1993-cü ildə Ağdam rayonunun Şelli kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Ailəli idi, bir qızı var.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок