Son Xəbərlər:
Biləsuvarda şəhid Vurğun Səxavət oğlu Rzayevin anım günü qeyd olundu

Biləsuvarda şəhid Vurğun Səxavət oğlu Rzayevin anım günü qeyd olundu

14 may 2019-cu il tarixdə Biləsuvar rayonunun Xırmandalı kəndində şəhid Rzayev Vurğun Səxavət oğlunun şəhid olmasının 25 illiyi ilə əlaqədar onun yaşadığı evə baş çəkildi, məzarı ziyarət olundu.

Tədbirdə Biləsuvar rayon Icra Hakimiyyəti başçısı aparatının məsul işçisi Mirzə Cəfərov, Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev və filialın üzvləri, kənd icra nümayəndəsi, bələdiyyəsi, şəhidin döyüşçü yoldaşları iştirak etdilər.

Görüş zamanı şəhidin həyat yolundan, döyüşdə göstərdiyi qəhrəmanlıqlarından və şücaətindən söhbət açıldı.

Şəhid Rzayev Vurğun Səxavət oğlu 23 may 1973-cü ildə Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olmuşdur. 1980-1990-cı illərdə Xırmandalı 1 saylı kənd tam orta məktəbində təhsil almışdır. Torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğalı başlayanda Vurğun da yoldaşları kimi Biləsuvar rayon Hərbi Komissarlığı tərfindən həqiqi hərbi xidmətə yola düşmüşdür.

14 may 1994-cü ildə Ağdam rayonu ərazisində düşmənin aramsız hücumlarını dəf edərkən döyüş meydanında həlak olmuşdur. Subay idi. Yaşadığı kənddə küçəyə adı verilmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок