Son Xəbərlər:
Biləsuvarda şəhid Şahmurad Hilal oğlu Əlizadənin anım günü qeyd olundu

Biləsuvarda şəhid Şahmurad Hilal oğlu Əlizadənin anım günü qeyd olundu

2018-ci il aprelin 14-ü Biləsuvar şəhər sakini Şahmurad Hilal oğlu Əlizadənin şəhid olduğu gün ilə əlaqədar onun ailəsinə baş çəkildi.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin məsul işçisi mayor Mehdi Əsgərov, Azərbaycan QMƏVŞAİB Biləsuvar rayon filialının sədri, II qrup Qarabağ Müharibəsi əlili Bəhruz Əliyev və filialın üzvləri bununla əlaqədar şəhidin ailəsi ilə görüşdülər. Çay süfrəsi ətrafında ailə üzvləri ilə söhbət zamanı şəhidin həyat və döyüş yolundan söhbət açıldı.

Məlumat üçün şəhid gizir Əlizadə Şahmurad Hilal oğlu 1991-ci il yanvarın 24-də Biləsuvar şəhərində anadan olub. 2015-ci aprelin 14-ü Ağdam rayonunun müdafiəsi zamanı erməni işğalçılarına qarşı döyüşlərdə şəhid olub. Hazırda yaşadığı küçə onun adını daşıyır.

Müdafiə Nazirliyinin əmrinə əsasən ölümündən sonra “Hərbi Xidmətdə Fərqləndiyinə görə” III dərəcəli medalı ilə təltif olunmuşdur.

Subay idi, ailədə 3 qardaş 1 bacı idilər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок