HomeBütün XəbərlərBiləsuvarda şəhid Rüstəmov Rza Sulduz oğlunun doğum günü ilə bağlı ailəsinə baş çəkildi

Biləsuvarda şəhid Rüstəmov Rza Sulduz oğlunun doğum günü ilə bağlı ailəsinə baş çəkildi

Biləsuvarda şəhid Rüstəmov Rza Sulduz oğlunun doğum günü ilə bağlı ailəsinə baş çəkildi

15 sentyabr 2020-ci ildə Biləsuvar rayonunun Günəşli kənd sakini şəhid Rüstəmov Rza Sulduz oğlunun doğum günü ilə bağlı onun böyüyüb boya-başa çatdığı evində valideynlərinə baş çəkildi.

Görüşdə Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri, II qrup Qarabağ müharibəsi əlili Bəhruz Əliyev, Qadınların Sosial İnkişafına Dəstək ictimai birliyinin sədri Natavan Əzizova, kənd icra nümayəndəsi və bələdiyyəsi iştirak edirdilər.

Görüşdə şəhidin həyat yolundan, döyüşlərdə şücaətindən söhbət açıldı.

Söhbət zamanı ailə problemləri ilə maraqlanıldı.

Diqqət və qayğıya görə şəhidin atası Rüstəmov Sulduz ölkə prüezidenti cənab İlham Əliyevə və I Vitse-prezident Mehriban xanım Əliyevaya ailəsinin adından minnətdarlığnı bildirdi.

Rüstəmov Rza Sulduz oğlu, 15 sentyabr 1963-cü ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olmuşdur. 1970-1981-ci illərdə Günəşli kənd tam orta məktəbində təhsil almışdır. 1991-ci ildə Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır.

19 noyabr 1993-cü ildə Ağdam  rayonunun Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə həlak olmuşdur.

Evli idi, iki övladı var.