Son Xəbərlər:
Biləsuvarda şəhid Piriyev Malik Zəkulla oğlunun dogum günü ilə bağlı onun ailəsinə baş çəkildi

Biləsuvarda şəhid Piriyev Malik Zəkulla oğlunun dogum günü ilə bağlı onun ailəsinə baş çəkildi

20 sentyabr 2019-cu il tarixdə Biləsuvar rayonun Əliabad kəndində Şəhid Piriyev Malik Zəkulla oğlunun doğum günü ilə bağlı onun böyüyüb boya-başa çatdığı evinə baş çəkildi.

Görüşdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi polkovnik-leytenant Rizvan Sadıqov, Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev və filialın üzvləri, kənd icra nümayəndəsi iştirak edirdilər.

Görüş zamanı şəhidin həyat və döyüş yolundan, vətənpərvərliyindən söhbət açıldı.

Şəhid Piriyev Malik Zəkulla oğlu, 20 sentyabr 1973-cü ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. 1991-ci ildə Əliabad kənd orta məktəbini bitirmişdir. 1992-ci ildə Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə yola salınmışdır.

27 yanvar 1994-cü ildə Fizuli bölgəsində şəhid olmuşdur. Ölümündən sonra adı əbədiləşdirilərək Əliabad kənd orta məktəbinə şəhid Piriyev Malik Zəkulla oğlunun adı verilmişdir. Subay idi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок