Son Xəbərlər:
Biləsuvarda şəhid Murtuzov Xalid Zöhrab oğlunun doğum günü qeyd olundu

Biləsuvarda şəhid Murtuzov Xalid Zöhrab oğlunun doğum günü qeyd olundu

2019-cu il iyulun 28-i Biləsuvar rayonunda şəhid Murtuzov Xalid Zöhrab oğlunun doğum günü ilə əlaqədar ailəsi ilə görüş keçirildi.

Görüşdə Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev və filialın üzvləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin zabiti Ramiq Soltanov və şəhidin yaxınları iştirak etdilər.

Şəhid Murtuzov Xalid Zöhrab oğlu 28 iyul 1977-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. 1984-1995-ci illərdə Biləsuvar rayonunda orta məktəbi bitirmişdir. 1995-ci ildə Biləsuvar rayon hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 11 fevral 1999-cu ildə Fizuli rayonunun Şükürbəyli kəndində düşmən gülləsindən şəhid olmuşdur. Subay idi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок