Son Xəbərlər:
Biləsuvarda şəhid İbadulla Dəmirov Ağabala oğlunun anım günü qeyd olundu

Biləsuvarda şəhid İbadulla Dəmirov Ağabala oğlunun anım günü qeyd olundu

2019-cu il iyunun 25-i Biləsuvar rayonunda şəhid İbadulla Dəmirov Ağabala oğlunun anım günü ilə əlaqədar onun ailəsinə baş çəkildi.

Görüşdə Azərbaycan  QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev və filialın üzvləri, Biləsuvar rayon Icra Hakimiyyəti başçısı aparatının məsul işçisi Məhərrəm Qurbanov və şəhidin yaxınları iştirak edirdilər.

Görüş zamanı şəhidin həyat və döyüş yolundan söhbət açıldı, döyüşdə göstərdiyi qəhrəmanlıqlardan danışıldı. Söhbət zamanı şəhidin atası Ağabala Dəmirov, qardaşı İlham Dəmirov, oğlu Natiq Dəmirov İbadulla ilə fəxr etdiklərini bildirdilər.

Daha sonra şəhidin məzarı ziyarət olundu.

Şəhid İbadulla Dəmirov Ağabala oğlu, 1959-cu ildə İmişli şəhərində anadan olmuşdur. 1977-ci ildə hərbi xidmətə çağırılıb. 1983-cü ildə Leninqrad şəhərində Ali hərbi məktəbə daxil olub. Məktəbdə oxuduğu müddətdə ailələri Biləsuvar şəhərinə köçüb. Məktəbi qurtardıqdan sonra İbadulla təyinatla Alma-Ata şəhərində yerləşən hərbi hissəyə  göndərilib. 1990-cı ilin yanvar ayından Azərbaycan Respublikası Daxili Qoşunlar Komandanlığının sərəncamı ilə N saylı hərbi hissəsinin birinci batalyonunda komandir müavini vəzifəsində çalışıb.

1992-ci ilin aprel ayından Ağdam rayonunun Papravənd kəndində gedən döyüşlərdə iştirak edib. Sonra o, Zəngilan rayonunun Şayıflı kəndində yerləşən “A” nöqtəsinə göndərilib. 24 iyun 1992-ci ildə Zəngilan rayonunun Qazançı kəndi uğrundakı döyüşlərdə qəhrəmancasına şəhid olub. Xidmət etdiyi müddətdə nümunəvi xidmətlərinə görə müxtəlif orden və medallarla təltif olunmuşdur.

Azərbaycan Respublikasının sərəncamı ilə ölümündən sonra “İgidliyə Görə” medalı ilə təltif olunmuşdur. Ailəli idi, iki övladı var.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок