Son Xəbərlər:
Biləsuvarda şəhid Hüseynov İmanverdi Tarverdi oğlunun anım günü qeyd olundu

Biləsuvarda şəhid Hüseynov İmanverdi Tarverdi oğlunun anım günü qeyd olundu

2019-cu il iyulun 27-si şəhid Hüseynov İmanverdi Tarverdi oğlunun anım günü ilə əlaqədar onun ailəsinə baş çəkildi.

Görüşdə Azərbaycan QMƏVŞAİB Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev və filialın üzvləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin zabiti Ramiq Soltanov və şəhidin yaxınları iştirak edirdilər.

Görüş zamanı şəhidin həyat və döyüş yolundan, vətənpərvərliyindən söhbət açıldı.

Şəhid Hüseynov İmanverdi Tarverdi oğlu 1958-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. Sovet ordusu sıralarında xidmət etdikdən sonra sadə zəhmətkeş insan kimi müəssisələrin birində fəaliyyətə başlamışdır. Qarabağ döyüşləri başlayanda Daxili Qoşunlarda xidmətə yollanmışdır. Ağdam, Ağdərə, Tərtər istiqamətində döyüşlərdə iştirak etmişdir. 27 iyul 1992-ci ildə Ağdərə rayonunun Mehrətaq kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. Biləsuvar rayon məhkəməsinin qətnaməsinə əsasən şəhid statusu almışdır. Ailəli idi, dörd  övladı var.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок