HomeBütün XəbərlərBiləsuvarda şəhid Dadaşov Dadaş Hüseyn oğlunun anım günü qeyd olundu

Biləsuvarda şəhid Dadaşov Dadaş Hüseyn oğlunun anım günü qeyd olundu

Biləsuvarda şəhid Dadaşov Dadaş Hüseyn oğlunun anım günü qeyd olundu

2020-ci il martın 4-ü Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olmuş şəhid Dadaşov Dadaş Hüseyn oğlunun anım günü ilə bağlı onun doğulub, boya-başa çatdığı evinə baş çəkilmiş və atası Dadaş Hüseynovla görüş keçirilmişdir.

Görüşdə Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev və filialın üzvləri, şəhidin adını  daşıdığı kənd tam orta məktəbin direktoru Azər Hümbətov, kənd bələdiyyəsinin sədri iştirak edirdilər.

Söhbət zamanı şəhidin vətənpərvərliyindən, döyüşlərdə göstərdiyi şücaətindən danışıldı.

Şəhidin atası Dadaş Hüseynov ailələrinə göstyərilən diqqət və qayğıya görə cənab prezident İlham Əliyevə və I vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.

      Şəhid Dadaşov Dadaş Hüseyn oğlu, 21 aprel 1972-ci ildə Biləsuvar rayonunun Zəhmətabad  kəndində anadan olmuşdur. 1979-1990-cı illərdə Zəhmətabad kənd tam orta məktəbində təhsil almışdır. Vətənin ağır günlərində Dadaş da Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə yola salınmışdır.

          03 mart 1994-cü ildə Fizuli  rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Subay idi.

         Ölümündən sonra adı əbədiləşdirilərək təhsil aldığı Zəhmətabad  kənd tam orta məktəbinə və kəndin küçələrindən birinə verilmişdir.