Son Xəbərlər:
Biləsuvarda şəhid Behbudov Cəmil Həbulla oğlunun anım günü qeyd olundu

Biləsuvarda şəhid Behbudov Cəmil Həbulla oğlunun anım günü qeyd olundu

2019-cu il sentyabrın 25-i Biləsuvar şəhərində Şəhid Behbudov Cəmil Həbulla oğlunun anım günü ilə bağlı onun ailəsinə baş çəkildi, məzarı ziyarət olundu.

Görüşdə Səfərbərlik Və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi polkovnik-leytenant Rizvan Sadıqov, Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev və filialın üzvləri, şəhidin yaxınları iştirak etdilər.

Görüşdə söhbət zamanı şəhidin həyatından, uşaqlıq illərindən, döyüşlərdə şücaətindən danışıldı.

Diqqət və qayğıya görə Şəhidin atası Həbulla kişi Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailəsi adından öz minnətdarlığını bildirdi.

Şəhid Behbudov Cəmil Həbulla oğlu 1977-ci il martın 8-i Biləsuvar şəhərində anadan olmuşdur. 1984-1995-ci illərdə Biləsuvar şəhər 4 saylı tam orta məktəbində oxumuşdur. 1995-ci ildə Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 1998-ci il sentyabrın 25-i Fizuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Evli idi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок