Son Xəbərlər:
Biləsuvarda şəhid “Azərbaycan Bayrağı Ordeni” ilə təltif olunmuş Kəlbiyev  Şaiq Tahir oğlunun doğum günü qeyd olundu

Biləsuvarda şəhid “Azərbaycan Bayrağı Ordeni” ilə təltif olunmuş Kəlbiyev Şaiq Tahir oğlunun doğum günü qeyd olundu

18 iyun 2019-cu il tarixdə Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının təşkilatçılığı ilə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində şəhid Kəlbiyev Şaiq Tahir oğlunun doğum günü ilə əlaqədar onun ailəsinə baş çəkildi.

Görüşdə Azərbaycan QMƏVŞAİB Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev və filialın üzvləri, Azərbaycan QMƏVŞAİB=in Cəlilabad rayon filialının sədr müavini Tofiq Məmmədov, Biləsuvar rayonu icra hakimiyyəti başçısı aparatının məsul işçisi Kamil Qurbanlı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin zabiti Ramiq Soltanov, Gənclər və İdman idarəsinin məsul işçisi Elnur Hüseynli və şəhidin yaxınları iştirak etdilər.

Tədbirdə şəhidin həyat və döyüş yolundan söhbət açıldı, döyüşdə göstərdiyi şücaət və qəhrəmanlıqlarından danışıldı.

24 iyun 2003-cü il tarixdə döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaətə görə ulu öndər Heydər Əliyev tərəfindən “Azərbaycan Bayrağı Ordeni” ilə təltif olunmuşdur.

Şəhid Kəlbiyev Şaiq Tahir oğlu 18 iyun 1971-ci ildə Biləsuvar rayonu Aşağı-Cürəli kəndində anadan olmuşdur. 12 iyun 1993-cü ildə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Ağdamın Mərzili kəndində şəhid olmuşdur. Subay idi. Biləsuvar rayonunda küçələrin birinə onun adı verilmişdir. Haqqında film çəkilmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок