HomeBütün XəbərlərBiləsuvarda şəhid ailələrinə sovqat paylandı

Biləsuvarda şəhid ailələrinə sovqat paylandı

Biləsuvarda şəhid ailələrinə sovqat paylandı

Biləsuvar rayonunda 30 dekabr 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin təşkilatçılığı ilə şəhid ailələrinə baş çəkildi. Onların Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl bayramları təbrik edildi, bayram sovqatı paylandı.

Görüşdə SHÇDX Biiləsuvar rayon şöbəsinin rəisi polkovnik-leytenant Rizvan Sadıqov və xidmətin işçliləri, Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev iştirak edirdilər.

Görüş zamanı şəhid ailələri diqqət və qayğıya görə respublika Prezidenti İlham Əliyev cənablarına və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.