Son Xəbərlər:
Biləsuvarda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə müqəddəs Qurban bayramı münasibətilə sovqat paylanmışdır

Biləsuvarda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə müqəddəs Qurban bayramı münasibətilə sovqat paylanmışdır

2019-cu il avqustun 12-i Biləsuvar rayonunda müqəddəs Qurban bayramı münasibətilə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin evlərinə baş çəkilmiş və bayram sovqatı paylanmışdır.

Görüşdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi polkovnik-leytenant Rizvan Sadıqov, xidmətin gizir və zabit heyəti, Azərbaycan QMƏVŞAİB Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev, kənd icra nümayəndələri iştirak edirdilər.

Görüş zamanı şəhid ailələri və Qarabağ müharibəsi əlilləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок