Son Xəbərlər:
Biləsuvarda “Şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları və aztəminatlı ailələrin özünüməşqulluq proqramlarına cəlb olunması” layihəsi təqdim olundu

Biləsuvarda “Şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları və aztəminatlı ailələrin özünüməşqulluq proqramlarına cəlb olunması” layihəsi təqdim olundu

14 iyun 2019-cu il tarixdə “Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək” ictimai birliyi Biləsuvar rayonunda “Şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları və aztəminatlı ailələrin özünüməşqulluq proqramlarına cəlb olunması” mövzusunda tədbir keçirdi.
Tədbirdə Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev, Biləsuvar rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi İlqar Abasov, “Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək” ictimai birliyinin sədri Məmmədhəsən Həsənov, Biləsuvar rayon Məşqulluq idarəsinin direktoru Mübariz Mustafayev, Biləsuvar rayon Qadın Resurs Mərkəzinin rəhbəri Natavan Əzizova, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi iştirakçıları və aztəminatlı ailələrin üzvləri iştirak etdilər.
Tədbir Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün nəzərdə tutulmuş maliyyə yardımı dəstəyi ilə keçirilmişdir.
Layihənin məqsədi yeni iqtisadi şərtlər daxilində şəhid ailələri və Qarabağ müharibəsi iştirakçıları daxil olmaqla aztəminatlı ailələr üçün orta və uzun müddətli dövrdə effektiv sosial müdafiə mexanizminin formalaşdırılması, sosial yardım modelindən özünüməşqulluq modelinə keçidin asanlaşdırılması, iqtisadi asılılığın azaldılması, həmçinin “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının məşqulluq strategiyası”nın hədəflərinə nail olunması istiqamətində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsidir.
Bununla bağlı “Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov məlumat verdi.
Tədbir işgüzar şəraitdə başa çatdı.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок