Son Xəbərlər:
Biləsuvarda şəhid Abdullayev Aslan Abdulla oğlunun doğum günü qeyd olundu

Biləsuvarda şəhid Abdullayev Aslan Abdulla oğlunun doğum günü qeyd olundu

27 may 2019-cu il tarixdə Biləsuvar rayonunda şəhid Abdullayev Aslan Abdulla oğlunun doğum günü ilə əlaqədar  Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının üzvləri onun evinə baş çəkdilər, yaxınları ilə görüşdülər və məzarını ziyarət etdilər.

Görüş zamanı şəhidin həyat və döyüş yolundan söhbət açıldı.

Şəhid Abdullayev Aslan Abdulla oğlu 27 may 1973-cü ildə Biləsuvar rayonunda anadan olmuşdur. 1980-1991-ci illərdə orta məktəbi bitirmiş və 1992-ci ildə hərbi xidmətə yola düşmüşdür. Ağdərə, Ağdam, Tərtər istiqamətində gedən döyüşlərdə Aslan rəşadətlə vuruşmuş və ordumuz tərəfindən aparılan hərbi əməliyyatlarda aktiv iştirak etmişdir.

26 yanvar 1994-cü ildə Fizuli rayon istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок