Son Xəbərlər:
Biləsuvarda şəhid Əmirov Ramiz  Məcid oğlunun doğum günü qeyd olundu

Biləsuvarda şəhid Əmirov Ramiz Məcid oğlunun doğum günü qeyd olundu

2019-cu il avqustun 14-ü Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olmuş şəhid Əmirov Ramiz Məcid oğlunun doğum günü ilə bağlı onun böyüyüb boya-başa çatdığı evində ailəsinə baş çəkildi. Görüşdə Azərbaycan QMƏVŞAİB Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev və filialın üzvləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin rəisi kapitan Ramiq Soltanov, kənd icra nümayəndəsi iştirak edirdilər.

Söhbət zamanı şəhidin vətənpərvər övlad kimi yetişməsindən, döyüşlərdə şücaətindən danışıldı.

Şəhidin anası Əliyeva Rəxşəndə ailəyə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.

Şəhid Əmirov Ramiz Məcid oğlu, 14 avqust 1970-ci ildə Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olmuşdur. 1988-ci ildə Əsgərabad kənd orta məktəbini bitirmişdir. Məktəbi bitirdikdən sonra Sovet ordu sıralarında xidmətdə olmuşdur. 1993-cü ildə Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına xidmətə yollanmışdır. 14 iyul 1995-ci ildə Fizuli bölgəsində şəhid olmuşdur. Subay idi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок