Son Xəbərlər:
Biləsuvarda “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” təbliğat kampaniyası çərçivəsində rayon gəncləri ilə görüş keçirilmişdir

Biləsuvarda “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” təbliğat kampaniyası çərçivəsində rayon gəncləri ilə görüş keçirilmişdir

12 mart 2019-cu il tarixdə Biləsuvar Gənclər evində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Biləsuvar rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” təbliğat kampaniyası çərçivəsində Biləsuvar rayon gəncləri ilə görüş keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, Biləsuvar rayon Gənclər və idman idarəsinin rəisi Aqşin Bağırov, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri, II qrup Qarabağ müharibəsi əlili Bəhruz Əliyev, aprel döyüşlərinin iştirakçıları  və orta ümumtəhsil müəssisələrinin şagirdləri iştirak edirdilər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyü və dövlətçiliyinin qorunması uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Biləsuvar rayon İcra Hakimiyəti başçısının müavini Ləman Yüzbaşova, Biləsuvar rayon Gənclər və idman idarəsinin rəisi Aqşin Bağırov çıxış edərək bildirdilər ki, tədbirin keçirilməsində əsas məqsəd, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etmək, Azərbaycan dövlətinin həyata keçirdiyi gənclər siyasətinə dəstək vermək, gənc nəslə hərb tariximiz, döyüş ənənələrimiz, milli qəhrəmanlarımız, tarixi abidələrimiz haqqında geniş bilgilər çatdırmaqla maarifləndirmə işləri aparmaq, gənc nəslin Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına hər an hazır olmaq ruhunda yetişməsi məqsədilə müvafiq təbliğat işləri aparmaq, yeniyetmə və gənclərə ən ağır problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı Azərbaycanın dövlət mövqeyinin çatdırılması ilə onları hərtərəfli məlumatlandırmaqdır.

Qeyd olundu ki, tədbirin əsas mahiyyəti xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda xalqına, dövlətinə sədaqət, tarixinə hörmət, vətənpərvərlik ruhunun gücləndirilməsi, gənclər arasında milli-mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin təbliği istiqamətində dövlət orqanlarının apardığı işə dəstək verilməsidir.

Daha sonra çıxış edən Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları  və Şəhid Ailələri İctimai Birliyinin Biləsuvar rayon fililaının sədri Bəhruz Əliyev və aprel döyüşlərinin iştirakçıları keçdikləri döyüş yolundan, Azərbaycan Ordusunun qüdrətindən, ordudakı ruh yüksəkliyindən və əsgərlərimizin işğal altında olan ərazilərimizi azad etməyə hər an hazır olduqlarından söhbət açdılar.

Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок