Son Xəbərlər:
Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun təhsil aldığı məktəbdə şagirdlərlə görüş keçirilmişdir

Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun təhsil aldığı məktəbdə şagirdlərlə görüş keçirilmişdir

2019-cu il fevralın 5-i Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan Əliabad kənd orta məktəbində Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının üzvləri ilə şagirdlərin görüşü keçirilmişdir. Görüşdə məktəbin müəllimləri, şagirdləri, flilalın sədri Bəhruz Əliyev və üzvləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan məkəbin direktoru Bəsirə Rüstəmova Mübariz İbrahimovun məktəbdə təhsil almasından, vətənpərvərliyindən, tərbiyəsindən, vətənə məhəbbətindən danışmışdlr.

Bəhruz Əliyev çıxışında Mübariz İbrahimov və onun ailəsinə dövlət qayğısının yüksək olmasından danışdı. O, vətənpərvərlik ruhunun yüksəlməsində Milli Qəhrəmanımızın rolunun xüsusi olduğunu qeyd etdi.

Tədbirdə məktəb şagirdlərinin ifasında ədəbi-bədii kompozisiyalar təqdim olundu.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок