Son Xəbərlər:
Biləsuvarda Milli Ordunun yaranmasının 100 illiyi ilə bağlı tədbir keçirildi

Biləsuvarda Milli Ordunun yaranmasının 100 illiyi ilə bağlı tədbir keçirildi

23 iyun 2018-ci il tarixdə Azərbaycan QMƏVŞAİB Biləsuvar rayon filialının təşkilatçılığı ilə Milli Ordunun yaranmasının 100 illiyi ilə bağlı bayram tədbiri keçirilmişdir. Tədbirdə filialın sədri, II qrup Qarabağ müharibəsi əlili Əliyev Bəhruz və filialın üzvü olan Qarabağ əlilləri, şəhid ailələri, Biləsuvar rayon İcra Hakimiyyətinin məsul işçisi Mirzə Cəfərov, Heydər Əliyev məktəbinin direktoru Gülmalı Gülalıyev, rayon Ağsaqqallar Şurasının sədri Əvəz Miriyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin məsul işçisi Ramiq Soltanov, Çernobıl, Əfqanıstan veteranları rayon təşkilatının sədrləri, çağırışçılar iştirak edirdilər. Tədbiri rayon Mədəniyyət evinin incəsənət  ustaları öz maraqlı ifaları ilə şənləndirdilər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок