Son Xəbərlər:
Biləsuvarda “Güclü ordu müstəqilliyin qarantıdır”  mövzusunda görüş keçirilmişdir

Biləsuvarda “Güclü ordu müstəqilliyin qarantıdır” mövzusunda görüş keçirilmişdir

Biləsuvar rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan QMƏVŞAİB Biləsuvar rayon filialının birgə təşkilatçılığı ilə Peşə Liseyində 26 İyun – Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş “Güclü ordu müstəqilliyin qarantıdır” mövzusunda Qarabağ müharibəsi əlilləri və veteranları ilə gənclərin görüşü keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Tədbirdə iştirak edən Biləsuvar rayon Gənclər və İdman İdarəsinin  baş məsləhətçisi Mülazim Rzayev, İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzə Cəfərov, Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev, peşə liseyinin direktoru Rabil Şahbazov, aprel döyüşçüləri, Qarabağ müharibəsi əlilləri və veteranları gəncləri təbrik edərək bildirdilər ki, əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Ulu öndərin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı. Həmin dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.   Azərbaycan Ordusu tam təkmilləşmiş, müasir, modern silahlarla təmin olunmuş ordular sırasında yer alıb. Hal-hazırda Azərbaycan Ordusu təmas xəttində tam üstünlüyü təmin edib. Bu o deməkdir ki, tezliklə Azərbaycan bayraği Qarabağda, Şuşada, Xankəndidə və digər işğal olunmuş ərazilərimizdə dalğalanacaqdır.

Tədbirin sonunda gənclər aprel döyüşçüləri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə xatirə şəkli çəkdirdilər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок