Biləsuvarda filialın hesabat yığıncağı keçirildi

2019-cu il dekabrən 3-ü Azərbaycan QMƏVŞAİB Biləsuvar rayon filialının illik hesabat yığıncağı keçirildi.

Yığıncaqda Biləsuvar rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Mirzə Cəfərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi plkovnik-leytenant Rizvan Sadıqov, Təhsil şöbəsinin müdir müavini Əlisəfa Qəmbərov, rayon Gənclər və İdman idarəsinin rəisi Azad Quliyev, H.Əliyev məktəbinin direktoru Gülmalı Gülalıyev, Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları rayon təşkilatının sədri Məhərrəməli Kazımov, rayon “Məhsul” qəzetinin redaktoru Qəmbər Bağırov, Əfqanıstan və Çernobıl rayon təşkilatlarının sədrləri, “Qızıl Aypara” cəmiyyətinin rayon şöbəsinin nümayəndəsi və Azərbaycan QMƏVŞAİB-in Bİləsuvar rayon filialının üzvləri iştirak etdilər.

Yığıncaqdan öncə Şəhidlər Xiyabanı və ulu öndərin büstü ziyarət olundu və önünə gül dəstələri qoyuldu.

Yığıncaq Azərbaycan Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Daha sonra rayon filialının sədri Bəhruz Əliyev il ərzində görülən işlər barəsində hesabat verdi. İl ərizində görülən işlər videoçarx vasitəsilə ekranda görüntüləndi. Yığıncaq iştirakçıları hesabatı qənaətbəxş hesab etdilər.

Sonda rayon filialın fəaliyyətində  yaxından dəstək olanlara, vətənpərvərlik tədbirlərində fəal iştirak edənlərə Azərbaycan QMƏVŞAİB-ın fəxri fərmanları təltif olundu.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi plkovnik-leytenant Rizvan Sadıqova “Vətənpərvərlik işlərində xidmətlərinə görə” medalı ilə təltif edildi.

Yığıncağı “ARB” TV-nin cənub bölgəsi üzrə nümayəndəliyi işıqlandırdı.