Son Xəbərlər:
Biləsuvarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə bağlı şəhidlərin xatirəsinə həsr olunmuş rəsm sərgisi keçirilmişdir

Biləsuvarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə bağlı şəhidlərin xatirəsinə həsr olunmuş rəsm sərgisi keçirilmişdir

2019-cu il fevralın 7-si Biləsuvar rayon şəhid Rövşən Bədirov adına Rəsm Qalareyasında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü ilə bağlı şəhidlərin xatirəsinə həsr olunmuş rəsm sərgisi keçirilmişdir.

Tədbirdə Biləsuvar Regional Mədəniiyyət Mərkəzinin rəis müavini Rəfiqə Cəfərova, Biləsuvar rayon İcra Hakimiyyətinin məsul işçisi Mirzə Cəfərov, rayon Gənclər və İdman idarəsinin rəisi Aqşin Bağırov, Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev və filialın üzvləri, Biləsuvar Peşə Liseyinin direktoru Rabil Şahbazov, Biləsuvar, Salyan, Neftçala rayonlarından olan məktəbli rəssamlar və Milli Qəhrəmanın yaxınları iştirak etmişlər.

Sərgidə Milli Qəhrəman Mübariz İbrahimovun həyat yolundan, vətənpərvərliyindən, tərbiyəsindən və döyüş yolundan söhbət açılmışdlr.

Rəsm sərgisinə baxış keçirildikdən sonra fərqlənən məktəbli rəssamlara mədəniyyət idarəsinin fəxri fərmanları təqdim olunmuşdur.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок