Son Xəbərlər:
Biləsuvarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü qeyd olundu

Biləsuvarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü qeyd olundu

2019-cu il noyabrən 7-si Biləsuvar  rayonunda  Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun anım günü qeyd olundu.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Qarabağ müharibəsi veteranları və  ictimaiyyət nümayəndələri rayonun Əliabad kəndində yerləşən ata ocağında Milli Qəhrəmanın evini ziyarət edərək ailəsi ilə görüşdülər.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev  görüş  zamanı Milli Qəhrəman Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışaraq, qeyd etdi ki, Mübariz qısa ömür yaşasa da canını Vətən yolunda fəda etməsi ilə özündən sonra böyük igidlik məktəbi qoymuşdur. İndi hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr edir. O, xidmət etdiyi  cəbhənin Tərtər istiqamətində işğalı altında olan Çaylı kəndindəki erməni qərargahına girərək əsl bir cəngavər kimi 5 saat təkbaşına döyüşür. Ermənilər əvvəlcə elə zənn edirlər ki, onlara qarşı Azərbaycan ordusu hücuma keçib. Gecənin qaranlığında çaşbaş qalan düşmən Azərbaycan əsgərinin göstərdiyi bu şücaətin qarşılığında ağır itkilər verir. Düşmən bir neçə saat davam edən bu döyüşə əlavə qüvvə cəlb edir. Elə bu amansız döyüşdə Mübariz İbrahimov qəhrəmancasına həlak olur.

Mübarizdə olan Vətən, torpaq sevgisi,  vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. O, öz şərəfli ölümü ilə, öz qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi.

M.Quliyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Mübariz İbrahimov torpaqlarımızın azadlığı uğrunda rəşadətli və müstəsna xidmətlərinə görə  «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür. Ölkə prezidenti tərəfindən Mübarizin qəhrəmanlığına  verilən bu yüksək qiymət respublikamızın hər yerində igid vətən əsgərinin qəhrəmanlığına, döyüş rəşadətinə verilmiş layiqli qiymət kimi qarşılandı.

Mübariz ölumün gözünə dik baxaraq, Vətən sevgisinin heç nə ilə əvəz olunmadığını bir daha sübut etdi. Bu şücaəti ilə Mübariz Azərbaycan gəncliyinə başucalığı gətirdi. Bu gün hər bir  gənc  Mübariz qəhrəmanlığından  örnək alır, nümunə götürür. Təhsil  müəssisələrimizdə şagirdlərimizə Mübariz vətənpərvərliyi aşılanır. Hərbi xidmətə yola salınan gənclərimizə vətəni necə qorumağı Mübarizdən öyrənmələri təbliğ olunur.

Milli Qəhrəmanın atası Ağakərim  İbrahimov   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən inşa olunmuş Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun Xatirə Muzeyinə və onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz dərin təşəkkürünü bildirdi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок