Son Xəbərlər:
Biləsuvarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü qeyd olundu

Biləsuvarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü qeyd olundu

18 iyun 2019-cu il tarixdə Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının təşkilatçılığı ilə Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun anım günü qeyd olundu.

Tədbirdə Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev və filialın üzvləri, Azərbaycan QMƏVŞAİB-in Cəlilabad rayon filialının sədr müavini Tofiq Məmmədov, Biləsuvar rayon icra hakimiyyəti başçısı aparatının məsul işçisi Kamil Qurbanlı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin zabiti Ramiq Soltanov, Biləsuvar rayon Gənclər və İdman idarəsinin məsul işçisi Elnur Hüseynov və milli qəhrəmanın atası Ağakərim İbrahimov iştirak etdilər.

Görüşdə, Milli Qəhrəmanımızın həyat və döyüş yolundan, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan söhbət açıldı. Qeyd olundu ki, Azərbaycan xalqı Milli Qəhrəman Mübariz İbrahimovu özünə daim örnək bilir.

Sonda Milli Qəhrəmanın atası Ağakərim İbrahimov ailəsinə  göstrəilən daimi diqqət və qayğıya görə cənab Prezidentimiz İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок