Son Xəbərlər:
Biləsuvarda “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş Şəhid Kəlbiyev Şaiq Tahir oğlunun doğum günü qeyd olundu

Biləsuvarda “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş Şəhid Kəlbiyev Şaiq Tahir oğlunun doğum günü qeyd olundu

2019-cu ildə iyulun 18-i Biləsuvar rayonunun Aşağı Cürəli kənd sakini şəhid Kəlbiyev Şaiq Tahir oğlunun doğum günü ilə bağlı onun böyüyüb boya-başa çatdığı evində ailəsi ilə görüş küçirildi.

Görüşdə Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev və filialın üzvləri, Səfərbərlik və Hərbi Xidmətə Şağırış Üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi polkovnik-leytenant Rizvan Sadıqov və zabit Ramiq Soltanov, kənd icra nümayəndəsi, şəhidin yaxınları iştirak etdilər.

Görüşdə şəhidin keçdiyi döyüş yolundan, həyatından, uşaqlıq illərindən, uşaqlıqdan  vətənpərvər olmasından söhbət açıldı. Şəhidin yaxınları, göstərilən diqqət və qayğıya görə Silahlı Qüvvələrimizn Ali baş Komandanı İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.

Şəhid Kəlbiyev Şaiq Tahir oğlu 18 iyun 1971-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuşdur. 1978-1989-cu illərdə Aşağı Cürəli kənd tam orta məktəbini bitirmişdir. Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Ərazi bütövlüyümüz uğrunda mübarizədə o da biganə qalmamış, Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Füzuli, Tərtər, Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 12 yiun 1993-cü ildə Ağdam rayonunun Mərzili kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Kəlbiyev Şaiq Tahir oğlu 24 iyun 2003-cü ildə döyüşlərdə göstərdiyi şəxsi şücaətə  görə ulu öndər Heydər Əliyev tərəfindən ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur. Subay idi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок