Son Xəbərlər:
Biləsuvarda aprel döyüşlərinin şəhidi Dəmirli Hüseyn Zeynal oğlunun doğum günü qeyd olundu

Biləsuvarda aprel döyüşlərinin şəhidi Dəmirli Hüseyn Zeynal oğlunun doğum günü qeyd olundu

2019-cu il avqustun 4-ü Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olmuş Dəmirli Hüseyn Zeynal oğlunun doğum günü ilə əlaqədar onun doğulduğu və böyüyüb boya-başa çatdığı evinə baş çəkildi.

Görüşdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Sahil Hüseynzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin zabiti Ramiq Soltanov, Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev və filialın üzvləri, rayonun fəal gəncləri iştirak edirdilər.

Söhbət zamanı iştirakçılar şəhidin qəhrəmanlığından danışdılar. Sonda şəhidin məzarı ziyarət olundu.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок