Son Xəbərlər:
Biləsuvarda 2018-ci il üçün hesabat yığıncağı keçirilmişdir

Biləsuvarda 2018-ci il üçün hesabat yığıncağı keçirilmişdir

2018-ci il noyabrın 26-da Biləsuvar rayonundakı “Veteranlar klubun”da Azərbaycan QMƏVŞAİB Biləsuvar rayon filialının illik fəaliyyəti haqqında hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda Biləsuvar rayon İcra Hakimiyyətinin məsul işçisi Mirzə Cəfərov, rayon Gənclər və İdman idarəsinin məsul işçisi Mülazim Rzayev, Müharibə, Əmək və Silahlı Qüvvələr, Çernobıl və Əfqanıstan veteranları təşkilatlarının rayon şöbələrinin sədrləri, Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və müharibə veteranları iştirak edirdilər.

Biləsuvar filialının sədri Bəhruz Əliyev 2018-ci il ərzində filialın gördüyü işlər barədə geniş məruzə etdi.

Məruzə ətrafında çıxış edənlər cari ildə filialın fəaliyyətinin qənaətbəxş olduğunu qeyd etdilər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок