Son Xəbərlər:
Biləsuvarda 2016-cı il Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş futbol üzrə rayon birinciliyinin açılış mərasimi keçirildi

Biləsuvarda 2016-cı il Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş futbol üzrə rayon birinciliyinin açılış mərasimi keçirildi

27 aprel 2019-cu il tarixdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2016-cı il Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş 17 bələdiyyə komandaları arasında futbol üzrə rayon birinciliyinə start verildi. Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin rəsmiləri, bələdiyyə sədrləri, icra nümayəndələri, Azərbaycan QMƏVŞAİB-in üzvləri, idmançılar və futbolsevərlər iştirak etdilər.

Yarışın açılışı Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Çıxış edənlər qeyd etdilər ki, 2016-cı ilin 2-5 aprel tarixlərində erməni təxribatçılarının yenidən əzəli torpaqlarımıza hücumu qətiyyətlə alındı, Azərbaycan Ordusunun, müdrik və qətiyyətli sərkərdəmiz, prezident İlham Əliyevin rəhbərliyi ilə aprel döyüşlərində qələbə qazanıldı, işğal altında olan 2000 hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edildi, minlərlə hektar torpaq Azərbaycan Ordusunun tam nəzarətinə keçdi və uzun illərdən sonra qəhrəman döyüşçülərimiz xalqımıza qələbə sevincini yaşatdı. Həmin döyüşlərdə Biləsuvardan olan gənclər də öz igidlikləri, şəxsi şücaət və rəşadətləri ilə bizə başucalığı gətirdilər. Onlardan Dəmirli Hüseyn Zeynal oğlu, Novruzov Fərahim Nadir oğlu və Məmmədov Murad Vaqif oğlu qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucaldılar…

Bu gün start götürən və 17 bələdiyyə komandasının qatıldığı və bir aya yaxın davam edəcək futbol üzrə rayon birinciliyi də məhz qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olunub.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок