HomeBütün XəbərlərBiləsuvarda 20 yanvar şəhidi Əlimərdan Əbil oğlu Hüseynovun doğum günü qeyd olunmuşdur

Biləsuvarda 20 yanvar şəhidi Əlimərdan Əbil oğlu Hüseynovun doğum günü qeyd olunmuşdur

Biləsuvarda 20 yanvar şəhidi Əlimərdan Əbil oğlu Hüseynovun doğum günü qeyd olunmuşdur

14 yanvar 2020-ci ildə Biləsuvar rayon Çaylı kənd sakini 20 yanvar 1990-cı ildə şəhid olmuş Əlimərdan Əbil oğlu Hüseynovun doğum günü ilə bağlı kənd qəbiristanlığında məzarı ziyarət olundu, gül dəstələri qoyuldu, ruhuna dualar oxundu.

Tədbirdə SHXÇDX-nin Biləsuvar rayon şöbəsinin rəisi polkovnik-leytenant Rizvan Sadıqov, Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev və filialın üzvləri, Çaylı kənd məktəbinin müəllimləri iştirak edirdilər.

Əlimərdan Hüseynov 1962-ci il yanvarın, 14-də Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. 1983-cü ildən Azərelektroterm elm-istehsal birliyində elektrik montyoru işləmişdir. 19-dan 20-nə keçən gecə Salyan qazarmasının yanında olmuşdur. Güllələr ona qolundan və sinəsindən dəymişdir. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixli fərmanı ilə Əlimərdan Əbil oğlu Hüseynova ölümündən sonra “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir.Biləsuvar rayonundakı Çaylı kənd qəbiristanlığında dəfn edilib.

Çaylı kənd tam orta məktəbinə Əlimərdan Əbil oğlu Hüseynovun adı verilmişdir.