Son Xəbərlər:
Biləsuvarda 20 yanvar şəhidi Əlimərdan Əbil oğlu Hüseynovun doğum günü qeyd olundu

Biləsuvarda 20 yanvar şəhidi Əlimərdan Əbil oğlu Hüseynovun doğum günü qeyd olundu

2019-cu il yanvarın 14-ü Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının təşkilatçılığı ilə 20 Yanvar şəhidi Əlimərdan Əbil oğlu Hüseynovun doğum günü qeyd olunmuşdur.

Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti aparatının məsul işçisi Mirzə Cəfərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin məsul işçisi Ramiq Soltanov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov, Çernobıl Əlilləri İttifaqının Biləsuvar rayon şöbəsinin sədri Sübhan Babayev, aprel döyüşçüləri, şəhid valideyinləri, müharibə veteranları və şəhidin yaxınları iştirak etdilər.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev açaraq 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verdi. O bildirdi ki, bu faciədə 2 nəfər Biləsuvarlı da şəhidlik zirvəsinə ucalmışdır. Bəhruz müəllim Əlmərdan Əbil oğlu Hüseynovun keçdiyi həyat yolundan danışdı.

Digər çıxış edənlər Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda öz canlarını qurban verərək şəhid olmuş insanlarımızın heç zaman unudulmayacağını qeyd etdilər.

Tədbirdə iştirak edən şəhidin qardaşı Şahin Hüseynov göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlığını bildirdi.

Tədbirin sonunda iştirakçılar şəhidin məzarını ziyarət etdilər və üstünə gül dəstələri qoydular.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок