HomeBütün XəbərlərBiləsuvarda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

Biləsuvarda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

Biləsuvarda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

18 yanvar 2020-ci ildə Biləsuvar rayonunun Nərimankənd kəndində şəhid Ş.Heydərov adına tam orta məktəbdə “20 yanvar” faciəsinin 30-cu ildönümü il əlaqədar tədbir keçirildi və məktəbin həyətində Qarabağ döyüşlərində şəhid olmuş gənclərin xatirəsinə düzəldilmiş lövhənin açılışı oldu.

Tədbirdə Biləsuvar rayonu İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçisi Kamil Qurbanlı, Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev və filialın üzvləri, şəhidlərin yaxınları, məktəbin müəllim və şagirdləri iştirak edirdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Çıxış edənlər 20 Yanvarfaciəsi haqqında danışdılar, Qarabağ döyüşlərində şəhidlərimizin vətənpərvərliyindən, döyüşlərdə şücaətindən söhbət açdılar. Daha sonra məktəblilərin vətənpərvərlik ruhunda və 20 Yanvarfaciəsi haqqında şeirlər səsləndi və kompozisiyalar nümayiş etdirildi.

Tədbirin yekununda şəhid valideynləri diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya ailələri adından minnətdarlıqlarını bildirdilər.