Son Xəbərlər:
Biləsuvarda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanı ziyarət olunmuşdir

Biləsuvarda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanı ziyarət olunmuşdir

2019-cu il yanvarın 20-si Biləsuvarda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanı rayon ictimaiyyəti tərəfindən ziyarət olunmuşdur.

Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının üzvləri iştirak etmişlər.

Rayondakı Şəhidlər Xiyabanına ziyarətdən sonra Çaylı kəndində dəfn olunmuş 20 Yanvar şəhidi Əlimərdan Əbil oğlu Hüseynovun məzarı da ziyarət olunmuşdur. Onun məzarı önünə gül dəstələri qoyulduqdan sonra məktəblilər vətənpərvərlik ruhunda şeirlər səsləndirdilər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок