HomeBütün XəbərlərCəmiyyətBiləsuvar və Lənkəranda aztəminatlı ailələrə ərzaq yardımı və tələbə könüllülər tərəfindən ictimai yerlərdə tibbi maska və gigiyenik spirtlər paylanılıb.

Biləsuvar və Lənkəranda aztəminatlı ailələrə ərzaq yardımı və tələbə könüllülər tərəfindən ictimai yerlərdə tibbi maska və gigiyenik spirtlər paylanılıb.

Biləsuvar və Lənkəranda aztəminatlı ailələrə ərzaq yardımı və tələbə könüllülər tərəfindən ictimai yerlərdə tibbi maska və gigiyenik spirtlər paylanılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tərəfdaşlığı ilə “Müasir Gənclərin İnkişafına Dəstək” ictimai birliyi tərəfindən icra edilən “Tələbə könüllülərlə birgə COVİD-19 pandemiyasına qarşı mübarizənin təşkili” layihəsi çərçivəsində Biləsuvar və Lənkəran şəhərində ümumilikdə 11 aztəminatlı ailəyə ərzaq yardımı və tələbə könüllülər tərəfindən ictimai yerlərdə tibbi maska və gigiyenik spirtlərpaylanılıb.

İctimai birliyin sədri, layihə rəhbəri Mehman Əliyevin verdiyi məlumata görə layihə çərçivəsində pandemiyadan əziyyət çəkmiş və sosial cəhətdən dəstəyə ehtiyacı olan aztəminatlı ailələrə birdəfəlik ərzaq yardımlarının verilməsi Biləsuvar rayon poçt filialı vasitəsi ilə həyata keçirilib.Aidiyyəti dövlət qurumları və vətandaş müraciətləri əsasındatərtib olunmuş siyahı üzrə təşkilatın əməkdaşları tərəfindən hər bir ailənin yaşadığı ünvanlar monitorinq edilib, həmin şəxslərin aztəminatlı olub-olmamağı araşdırılıb və yekun siyahı hazırlanıb. Ona görə də edilən yardımlar qeyd olunan yardımlara daha çox ehtiyacı olan ailələrə göndərilib. Eyni zamanda layihəyə cəlb edilmiş 10 nəfər tələbə könüllü tərəfindən ictimai yerlərdə əhaliyə COVİD-19 xəstəliyindən qorunmaq üçün 1 həftə ərzində tibbi maska və gigiyenik spirtlər paylanılıb. 

Layihənin həyata keçirilməsində məqsəd COVİD-19 pandemiyası ilə mübarizədə aztəminatlı şəxslərə dəstək olmaqla tələbələr arasında könüllü fəaliyyəti təbliğ etmək, könüllü fəaliyyətlə bağlı onların əhatə dairəsinigenişləndirməkdən ibarətdir.