Son Xəbərlər:
Biləsuvar və Cəlilabadda çağırışçı gənclərin həqiqi-hərbi xidmətə yola salınma mərasimi keçirilmişdir

Biləsuvar və Cəlilabadda çağırışçı gənclərin həqiqi-hərbi xidmətə yola salınma mərasimi keçirilmişdir

Biləsuvar rayon Heydər Əliyev parkında çağırışçı gənclərin həqiqi hərbi xidmətə yola salınma mərasimi keçirildi.

Yola salınma mərasimində Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə rayon şöbəsinin şəxsi heyəti, hüquq-mühafizə orqanlarının rəhbərləri, çağırışçı gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Tədbirdə Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının üzvləri də iştirak etmişlər.

Mərasimdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev çıxış edərək hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırdı. O, Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıları, onların valideynlərini və yaxınlarını təbrik edərək, ordu quruculuğu prosesində qazanılmış uğurlardan danışdı. Bildiridi ki, ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə ordu quruculuğunu, Silahlı Qüvvələrin təkmilləşdirilməsini və maddi-texniki bazasının gücləndirilməsini, milli hərbi kadrların hazırlanmasını daim diqqətdə saxlayıb.

M.Quliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində Silahlı Qüvvələrimizin modernləşdirildiyini və Azərbaycan ordusunun hazırda regionun ən güclü ordusuna çevrildiyini vurğulayaraq, bu gün hərbi xidmətə yola salınan gənclərin Silahlı Qüvvələrimizin qorxmaz, cəsur və layiqli əsgərləri olacaqlarına inamını ifadə edib.

Mərasimdə çıxış edənlər çağırışçıların hərbi xidmət zamanı nizam-intizamlı olmalarının, vətənimizin, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmalarının, komandirlərin tapşırığını layiqincə yerinə yetirmələrinin vacibliyindən danışıb, gənclərə şərəfli əsgər həyatı arzuladılar.

Konsert proqramı ilə müşayiət olunan mərasimin sonunda gənclər təntənə ilə Azərbaycan bayrağını öpərək həqiqi hərbi xidmətə yola düşdülər.

Cəlilabadda da çağırışçıların hərbi xidmətə yolasalınma mərasimi təntənəli surətdə baş tutmuşdur. Tədbirdə Azərbaycan QMƏVŞAİB-in sədri e.o.polkovnik Mehdi Mehdiyev də iştirak etmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок