Son Xəbərlər:
Biləsuvar rayonunun Xırmandalı kəndində şəhid Məhərrəmov Ceyhun Məhərrəm oğlunun doğum günü qeyd olundu

Biləsuvar rayonunun Xırmandalı kəndində şəhid Məhərrəmov Ceyhun Məhərrəm oğlunun doğum günü qeyd olundu

28 oktyabr 2019-cu il tarixdə Biləsuvar rayonu Xırmandalı kənd 1 saylı tam orta məktəbində adını daşıdığı şəhid Məhərrəmov Ceyhun Məhərrəm oğlunun doğum günü ilə əlaqədar tədbir keçirildi.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi polkovnik-leytenant Rizvan Sadıqov, Aərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri II qrup Qarabağ müharibəsi əlili Bəhruz Əliyev və filialın üzvləri, AVMB Birliyinin Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov, Şəhidin yaxınları, kənd icra nümayəndəsi, məktəbin müəllim və şagird heyəti iştirak etdilər.

Tədbirdə çıxış edənlər Şəhid haqqında öz xatirələrini danışdılar, uşaqlıq illərindən və döyüşdə qəhrəmanlıqlarından söhbət açdılar.

Şəhidin qardaşı Zakir Məhərrəmov diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi. Tədbir məktəblilərin hazırladığı bədii hissə ilə yekunlaşdı .

Şəhid Məhərrəmov Ceyhun Məhərrəm oğlu  28 oktyabr 1973-cü ildə Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olmuşdur. 1995-ci ildə Xırmandalı kəndi 1 saylı tam orta məktəbi bitirmişdir. Həmin ildə Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır.

24 iyun 1992-ci ildə Zəngilan rayonu Qazançı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Subay idi.

Ölümündən sonra adı əbədiləşdirilərək təhsil aldığı 1 saylı Xırmandalı kənd tam orta məktəbinə verilmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок