Son Xəbərlər:
Biləsuvar rayonunun Xırmandalı kəndində Şəhid Abbasov Müşviq Allahverdi oğlunun doğum günü qeyd olundu

Biləsuvar rayonunun Xırmandalı kəndində Şəhid Abbasov Müşviq Allahverdi oğlunun doğum günü qeyd olundu

26 oktyabr 2019-cu il tarixdə Biləsuvar rayon Xırmandalı kəndində Şəhid Abbasov Müşviq Allahverdi oğlunun doğum günü ilə bağlı onun adını daşıdığı 2 saylı tam orta məktəbdə tədbir keçirildi.

Tədbirdə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi polkovnik-leytenant Rizvan Sadıqov, Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev və filialın üzvləri, kənd icra nümayəndəsi, bələdiyyəsi, Şəhidin yaxınları, məktəbin müəllim və şagirdləri iştirak etdilər.

Tədbirdə iştirak edənlər şəhid haqqında öz xatirələrini danışdılar. Məktəblilər vətənpərvərlik ruhunda şeir söylədilər.

Şəhidin yaxınları diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci  Vitse prezident Mehriban xanım Əliyevaya  ailələri adından öz minnətdarlıqlarını bildirdilər.

Şəhid Abbasov Müşviq Allahverdi oğlu 27 oktyabr 1973-cü ildə Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olmuşdur. 1992-ci ildə Xırmandalı kənd 2 saylı tam orta məktəbini bitirmişdir. Həmin il xidmətə yollanmışdır. 1992-ci il Ağdam rayonunun Gülablı kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi.

Ölümündən sonra adı əbədiləşdirilərək oxuduğu Xırmandalı kənd 2 saylı tam orta məktəbinə verilmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок