Son Xəbərlər:
Biləsuvar rayonunun Xırmandalı kəndində iki şəhidin anım günü qeyd olundu

Biləsuvar rayonunun Xırmandalı kəndində iki şəhidin anım günü qeyd olundu

2019-cu il iyunun 14-ü Biləsuvar rayonunun Xırmandalı kəndində eyni gündə anadan olmuş, eyni gündə şəhid olmuş Məhərrəmov Ceyhun Məhərrəm oğlu və Abbasov Müşviq Allahverdi oğlunun anım günü ilə əlaqədar onların ailəsinə baş çəkildi.

Görüşdə Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev və filialın üzvləri, Biləsuvar rayon Icra Hakimiyyəti başçısı aparatının məsul işçisi Cavid Əliyev, Xırmandalı kənd icra nümayəndəsi, şəhidin yaxınları iştirak edirdilər.

Görüş zamanı şəhidlərimizin həyat və döyüş  yolundan söhbət açıldı.

Şəhid Məhərrəmov Ceyhun Məhərrəm oğlu 1973-cü il oktyabrın 28-i Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olmuşdur. 1991-ci ildə Xırmandalı kənd 1 saylı tam orta məktəbini bitrimişdir. 1992-ci ildə Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. 24 iyun 1992-ci ildə Zəngilan rayonunun Qazançı kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi. Adı Xırmandalı kənd 1 saylı tam orta məktəbinə verilmişdir.

Şəhid Abbasov Müşviq Allahverdi oğlu 1973-cü il oktyabrın 28-i Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olmuşdur. 1991-ci ildə Xırmandalı kənd 2 saylı tam orta məktəbini bitirmişdir. 1992-ci ildə Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. 24 iyun 1992-ci ildə Ağdam rayonunun Gülablı kəndi uğrunda döyüşlərdə şəhid olmuşdur. Subay idi. Adı Xırmandalı kənd 2 saylı tam orta məktəbinə verilmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок