Son Xəbərlər:
Biləsuvarda  şəhid Bayramov Əlizadə Firudin oğlunun anım günü qeyd olundu

Biləsuvarda şəhid Bayramov Əlizadə Firudin oğlunun anım günü qeyd olundu

2019-cu il iyulun 13-ü Biləsuvar rayonununTəzəkənd kəndində şəhid Bayramov Əlizadə Firudin oğlunun anım günü ilə bağlı onun ailəsinə baş çəkildi.

Görüşdə Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev və filialın üzvləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi polkovnik-leytenant Rizvan Sadıqov, kənd icra nümayəndəsi, bələdiyyəsi, şəhidin yaxınları iştirak edirdilər.

Görüşdə şəhidin həyat yolundan, uşaqlıq və məktəb illərindən, döyüş yolundan söhbət açıldı.

Şəhid Bayramov Əlizadə Firudin oğlu 24 dekabr 1977-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 1984-1995-ci illərdə doğulduğu Təzəkənd kənd tam orta məktəbində təhsil almışdır. 1995-ci ildə orta məktəbi bitirən Əlizadə həmin il Biləsuvar rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Xidməti vəzifəsini şərəflə yerinə yetirərək hərb işində böyük uğurlar qazanmışdır. 11 iyul 1998-ci ildə Fizuli rayonunda döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Subay idi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок