Son Xəbərlər:
Biləsuvar rayonunun Səmədabad kəndində şəhid Sadıqov Fədail Tomar oğlunun anım günü qeyd olundu

Biləsuvar rayonunun Səmədabad kəndində şəhid Sadıqov Fədail Tomar oğlunun anım günü qeyd olundu

2019-cu il avqustun 30-u şəhid Sadıqov Fədail Tomar oğlunun anım günü ilə əlaqədar onun yaşadığı və böyüyüb boya-başa çatdığı Biləsuvar rayonunun Səmədabad kəndindəki evinə baş çəkildi.

Görüşdə Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev və filialın üzvləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin zabiti Ramiq Soltanov və şəhidin yaxınları iştirak edirdilər.

Söhbət zamanı şəhidin vətənpərvərliyindən, keçdiyi döyüş yolundan, döyüşlərdə şücaətindən danışıldı.

Diqqət və qayğıya görə şəhidin atası Tomar kişi ölkə prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailəsinin adından minnətdarlığını bildirdi.

Şəhid Sadıqov Fədail Tomar oğlu 20 noyabr 1974-cü ildə Biləsuvar rayonunun Səmədabad kəndində anadan olmuşdur. 1981-1992-ci illərdə Səmədabad kənd tam orta məktəbini bitirmişdir. 1992-ci ildə rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 30 avqust 1993-cü ildə Qubadlı rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок