Son Xəbərlər:
Biləsuvar rayonunun Ovçubərə kəndində şəhid İsmayılov Ilham Xankişi oğlunun doğum günü qeyd olundu

Biləsuvar rayonunun Ovçubərə kəndində şəhid İsmayılov Ilham Xankişi oğlunun doğum günü qeyd olundu

22 sentyabr 2019-cu il tarixdə Biləsuvar rayonunun Ovçubərə kəndində şəhid İsmayılov İlham Xankişi oğlunun doğum günü ilə əlaqədar onun doğulduğu evdə yaxınları ilə görüş keçirildi.

Görüşdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi, polkovnik-leytenant Rizvan Sadıqov, Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev və filialın üzvləri, kənd icra nümayəndəsi, kənd məktəbinin direktoru, şəhidin məktəb yoldaşı iştirak edirdilər.

Söhbət zamanı görüşdə iştirak edənlər şəhidin uşaqlıq illərindən, məktəbdə vətənpərvərliyindən, döyüşlərdə qəhrəmanlıqlarından danışdılar.

Diqqət və qayğıya görə şəhidin yaxınları ölkə prezidenti cənab İlham Əliyevə  və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Şəhid İsmayılov İlham Xankişi oğlu 22 sentyabr 1974-cü ildə Biləsuvar rayonunun Ovçubərə kəndində anadan olmuşdur. 1992-ci ildə Ovçubərə kənd tam orta məktəbini bitirmişdir. Həmin ili Biləsuvar rayon Hərbi Komissarlığı tərfindən hərbi xidmətə çağırılmışdır. 27 yanvar 1994-cü ildə Fizuli rayonu istiqamətində gedən döyüşlərdə

şəhid olmuşdur. Subay idi, hazırda Ovçubərə kənd tam orta məktəbi şəhid İsmayılov İlham Xankişi oğlunun adını daşıyır.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок