Son Xəbərlər:
Biləsuvar rayonunun Dəvrişli kəndində şəhid Sultanov Nemət Mirişıq oğlunun  doğum günü qeyd edildi

Biləsuvar rayonunun Dəvrişli kəndində şəhid Sultanov Nemət Mirişıq oğlunun doğum günü qeyd edildi

2019-cu il avqustun 23-ü şəhid Sultanov Nemət Mirişıq oğlunun doğum günü ilə bağlı onun böyüyüb boya-başa çatdığı Biləsuvar rayonunun Dəvrişli kəndində olan evinə baş çəkildi, ailəsi ilə görüşüldü.

Görüşdə Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əlıiyev və filialın üzvləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin zabiti Ramiq Soltanov, kənd icra nümayəndəsi və şəhidin yaxınları iştirak edirdilər.

Söhbət zamanı şəhid haqqında xatirələr dinlənildi. Şəhidin anası və yaxınları diqqət və qayğıya görə cənab prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlııqlarını bildirdilər.

Şəhid Sultanov Nemət Mirişıq oğlu 23 avqust 1973-cü ildə Biləsuvar rayonunun Dəvrişli kəndində anadan olmuşdur. 1980-1991-ci illərdə Dəvrili kənd tam orta məktəbini bitirmişdir. 1991-ci ildə Biləsuvar rayonu Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına yollanılmışdır. 16 avqust 1992-ci ildə Kəlbəcər uğrunda döyüşlərdə şəhid olmuşdur. Ölümündən sonra şəhidin adı əbədiləşdirilərək Dəvrişli kənd tam orta məktəbinə verilmişdir. Məktəbin həyətində büstü qoyulmuşdur. Subay idi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок