Son Xəbərlər:
Biləsuvar rayonunun Bəydili kəndində şəhid Mikayılov Rüfət İkram oğlunun anım günü ilə bağlı tədbir keçirilmişdir

Biləsuvar rayonunun Bəydili kəndində şəhid Mikayılov Rüfət İkram oğlunun anım günü ilə bağlı tədbir keçirilmişdir

2019-cu il noyabrın 6-sı Biləsuvar rayonunun Bəydili kəndində Şəhid Mikayılov Rüfət İkram oğlunun adını daşıdığı kənd tam orta məktəbində anım tədbiri keçirildi.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi polkovnik-leytenant Rizvan Sadıqov, Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev və filialın üzvləri, şəhidin yaxınları, məktəbin müəllim və şagirdləri iştirak edirdilər.

Dövlət himni və şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edənlər şəhid Mikayılov Rüfət İkram oğlu haqqında danışdılar. Onun uşaqlıq illərindən, vətənpərvərliyindən və döyüşlərdəki şücaətindən söhbət açdılar.

Tədbirdə məktəblilər vətənpərvərlik ruhunda şeirlər söylədilər, şəhidin məktəbin həyətində qoyulan büstünü ziyarət etdilər.

Şəhid  Mikayılov Rüfət İkram oğlu 11 mart 1973-cü ildə Biləsuvar rayon Bəydili kəndində anadan olmuşdur. 1991-ci ildə Bəydili kənd tam orta məktəbini bitirmiş və həmin ili Biləsuvar rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır.

1992-ci il noyabrın 6-sı Laçın rayonu uğrunda gedən döyüşlərdə Mikayılov Rüfət İkram oğlu qəhrəmancasına həlak olmuşdur.

Oxuduğu Bəydili kənd tam orta məktərbi Mikayılov Rüfət İkram oğlunun adına daşıyır.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок