Son Xəbərlər:
Biləsuvar rayonunun Amankənd kəndində şəhid Əliyev İqbal Eldar oğlunun doğum günü qeyd olundu

Biləsuvar rayonunun Amankənd kəndində şəhid Əliyev İqbal Eldar oğlunun doğum günü qeyd olundu

2019-cu il iyulun 7-si Biləsuvar rayonunun Amankənd kəndində şəhid Əliyev İqbal Eldar oğlunun doğum günü ilə əlaqədar onun ailəsinə baş çəkildi.

Görüşdə Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev və filialın üzvləri, eləcə də kənd icra nümayəndəsi Əlövsət Hüseynov iştirak edirdilər.

Görüş zamanı şəhidin həyat və döyüş yolundan söhbət açıldı, onun vətənpərvərliyindən danışdılar.

Şəhid Əliyev İqbal Eldar oğlu 1977-ci il iyulun 7-si Biləsuvar rayonunun Amankənd kəndində anadan olmuşdur. 1995-ci ildə Amankənd kənd tam orta məktəbini bitirmiş və həmin ili Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır.

21 mart 1997-ci ildə Füzuli rayonunun Məzəm kəndi uğrunda erməni ordusunun təxribatının qarşısını alarkən Əliyev İqbal Eldar oğlu qəhrəmancasına şəhid olmuşdur. Subay idi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок