Son Xəbərlər:
Biləsuvar rayonundakı “N” saylı hərbi hissədə Silahlı Qüvvələr günü münasibəti ilə görüş keçirildi

Biləsuvar rayonundakı “N” saylı hərbi hissədə Silahlı Qüvvələr günü münasibəti ilə görüş keçirildi

2019-cu il iyunun 26-sı Biləsuvar rayonundakı “N” saylı hərbi hissədə Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə həsr olunmuş görüş keçirildi.

Tədbirdə Biləsuvar rayon Icra Hakimiyyəti başçısı aparatının Ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamil Qurbanlı, Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin zabiti Ramiq Sultanov, Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev və filialın üzvləri iştirak etdilər.

Tədbirdə çıxış edənlər Milli Ordumuzun yaranmasının 101-ci ildönümü  münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edərək, onlara bu şəfərli işlərində uğurlar arzuladılar. Qeyd olundu ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Ali Baş Komandanımız İlham Əliyev tərəfindən davam etdirilən ordumuzun  gücləndirilməsi prosesi yekunda torpaqlarımızın işğaldan azad olunmasına gətirib çıxaracaqdır.

Prezidentimizin  “Bizim ordumuz istənilən vaxt torpaqlarımızı düşməndən azad etməyə qadirdir” fikri tədbirdə bir daha qeyd olundu.  Bunu aprel döyüşləri bir daha sübut etdi.

Görüşdə rayonun incəsənət ustalarının ifasında musuqilər səsləndirildi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок