HomeBütün XəbərlərBiləsuvar rayonunda SHXÇDX-nin yaradılmasının 8-ci ildönümü qeyd olundu

Biləsuvar rayonunda SHXÇDX-nin yaradılmasının 8-ci ildönümü qeyd olundu

Biləsuvar rayonunda SHXÇDX-nin yaradılmasının 8-ci ildönümü qeyd olundu

13 fevral 2020-ci il tarixdə Biləsuvar rayonunda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü münasibəti ilə tədbir keçirildi.

Tədbirdə Biləsuvar rayon Icra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat nümayəndələri, SHXÇDX-nin Biləsuvar rayon şöbəsinin kollektivi  iştirak edirdilər.

Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyulmaqla başlanan tədbirdə rayon Icra Hakimiyyətinin başçısı Mahir Quliyev SHXÇDX- in işçilərini təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır. Şöbənin rəisi polkovnik-leytenant Rizvan Sadıqov SHXÇDX-də əmək funksiyalarını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində fərqləndiyinə və vətənpərvərlik tədbirlərində fəal iştirak etdiyinə  görə bir qrup şəxsi fəxri fərmanlarla təltif etdi.