Son Xəbərlər:
Biləsuvar rayonunda şəhidlərin xatirəsi yad olundu

Biləsuvar rayonunda şəhidlərin xatirəsi yad olundu

Erməni kəşfiyyat-təxribat qrupunun mövqelərimizə hücumunu dəf edərkən qəhrəmancasına şəhid olmuş Biləsuvar rayon Nərimankənd kənd sakinləri gizir Əliyev Pərvin Səlahəddin oğlunun, kiçik gizir Hüseynov Rahil Əfsər oğlunun və əsgər Qarazadə Anar Vidadi oğlunun əziz xatirələri yad olundu.

2019-cu il avqustun 2-si Nərimankənd kəndində keçirilən tədbirdə şəhidlərin doğmaları ilə yanaşı Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Ləman xanım Yüzbaşova, Biləsuvar rayon Gənclər və idman idarəsinin rəisi Azad Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi, polkovnik-leytenant Rizvan Sadıqov, Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev və filialın üzvləri, rayon ziyalıları, gənclər və kənd sakinləri iştirak edirdilər.

Tədbir iştirakçıları hər üç şəhidin ailəsinə başsağlığı verərək torpaq uğrunda şəhid olmağın ən yüksək zirvə olduğunu bildirdilər. Qeyd edildi ki, düşmənlə döyüşlərdə onlara sarsıdıcı zərbələr vuran ordumuz bu gün ən güclü ordulardan biridir. Bu ordu Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında hər an öz sözünü deməyə hazırdır. Azərbaycan ordusu əmr verildiyi zaman işğal altında olan torpaqlarımızı düşməndən azad edəcəkdir.

Şəhid əsgərlərimizin fədakarlığı hər bir Azərbaycanlı tərəfindən qürur hissi ilə qəbul edilir. Onlar 3-cü dərəcəli «Hərbi xidmətdə fərqlənməyə görə» və “İgidliyə görə” medalları ilə təltif ediliblər. Nərimankənd kəndinin 3 şəhid verməsi ağrılı olduğu qədər də şərəf gətiricidir, Vətənə məhəbbətin ali təzahürüdür. Şəhidlərimiz daim xatırlanacaq və əziz xatirələri həmişə ehtiramla yad ediləcəkdir.

Şəhid valideynləri onların ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarına öz dərin təşəkkürlərini bildirərək Vətən təəssübkeşliyinin oğul itkisindən üstün olduğunu qeyd etdilər. Sonda hər üç şəhidin məzarı ziyarət olundu və önünə tər çiçəklər düzüldü.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок