Son Xəbərlər:
Biləsuvar rayonunda müqəddəs Ramazan ayı münasibəti ilə iftar süfrəsi təşkil olundu

Biləsuvar rayonunda müqəddəs Ramazan ayı münasibəti ilə iftar süfrəsi təşkil olundu

2019-cu il mayın 31-i Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə rayon ictimaiyyəti üçün iftar süfrəsi təşkil olundu.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov, icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, digər imtiyazlı şəxslər, aztəminatlı insanlar və dindarlar iştirak edirdilər.

İftar mərasimində rayonun «Cümə» məscidinin axundu Hacı Əlifağa Murtuzov tərəfindən Qurani-Kərimdən ayələr və Ramazan duası oxundu. Hacı Əlifağa Ramazan ayının dini və sosial mahiyyətindən danışaraq, bu ayın insanlar arasında birlik, bərabərlik və həmrəyliyin tərənnümçüsü olduğunu qeyd etdi.

Tədbirdə çıxış edən Biləsuvar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov bildirdi ki, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə tolerantlıq hökm sürür, dövlətlə din arasında sıx birlik vardır. Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən dinamik inkişaf, bir çox sahələrlə yanaşı, milli-mənəvi dəyərlərin qorunması sahəsində də yüksəlişə geniş imkanlar açmışdır. Ölkəmizdə milli-mənəvi dəyərlərlə bərabər, tolerantləq ənənələri də möhkəmdir. Bütün dinlərə hörmət göstərilir, qarşılıqlı münasibətlər yüksək səviyyədədir. Müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycan bütün dünyaya tolerantlıq nümunəsidir.

Azərbaycan həmişə islam dünyasının tarixi-mədəni mərkəzlərindən biri olmuş, xalqımız əsrlər boyu öz dininə və milli-mənəvi dəyərlərinə sadiqliyini qoruyub saxlamışdır. Müstəqil respublikamızda vətəndaşların vicdan və dini etiqad azadlığı ölkə qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq təmin edilmiş, dini ayin və mərasimlərin sərbəst şəkildə icra edilməsi, bayramların keçirilməsi üçün münbit şərait yaradılmışdır.

X.Məmmədov Ramazan ayının cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsinə xidmət edən, adət-ənənələrimizə riayət edən hər bir insanın qəlbində kök salmış bayram olduğunu qeyd edərək Ramazan bayramı münasibəti ilə rayon sakinlərini təbrik etdi.

Mərasimdə ölkə rəhbərliyi səviyyəsində milli-mənəvi dəyərlərə göstərilən dövlət qayğısı xüsusi vurğulandı, edilən dualarda Allahdan xalqımıza firavanlıq, ölkəmizə sülh və əmin-amanlıq arzulandı.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок